Vakansiya: Cihazlar üzrə mühəndis (NÖC və A mühəndisi)
Şirkət: “PENOPLEX PRİKAVKAZYE” zavodu
İş şəraiti:
- İş yeri: Hacıqabul rayonu, Atbulaq kəndi, “PENOPLEX PRİKAVKAZYE” zavodu
- ( 20 Yanvar metrostansiyasından nəqliyyat xidməti təmin olunur)
- Əmək haqqı: Minimum 2400 AZN Gross+
- Nahar şirkət tərəfindən təmin edilir;
- Mobil rabitə şirkət tərəfindən təmin edilir;
- İşə gediş-gəliş üçün servis xidməti mövcuddur;
Vəzifə öhdəlikləri:
- Ekstrudə penopolistirol istehsalı sexində NÖC, TPAİS və qəzadan mühafizə sistemlərinin fasiləsiz və düzgün texniki istismarının təmin edilməsi;
- İstehsalat sahəsinin metroloji təminatı üzrə işlərin təşkil edilməsi;
- Texniki istismar və xidmət işlərinin normativ-texniki sənədlərin tələblərinə uyğun həyata keçirilməsi;
- Avadanlıqların texniki vəziyyətinə nəzarət edilməsi, profilaktik və texniki xidmət işlərinin təşkil edilməsi;
- TPAİS sistemlərinin iş prinsiplərinin öyrənilməsi və təkmilləşdirilməsi;
- Avadanlıqların montajına, saxlanmasına və istismarına nəzarət edilməsi;
- Yeni idarəetmə sistemlərinin layihələndirilməsi, alqoritmləşdirilməsi və proqramlaşdırılması üzrə işlərdə iştirak edilməsi;
- Ehtiyat hissələri, materiallar və avadanlıqlar üzrə sifarişlərin hazırlanmasında iştirak edilməsi;
- Texniki hesabatların və sənədlərin vaxtında hazırlanmasının təmin edilməsi.
Namizədə tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Rus dilini əla səviyyədə bilmək;
- Microsoft Office proqramları — Excel, Word, Outlook, PowerPoint və Access üzrə biliklər;
- TIA Portal və 1C proqramları üzrə biliklər;
- Şəxsi avtomobilin olması arzuolunandır.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini Rus dilində aşağıdakı elektron poçt ünvanına göndərmələri xahiş olunur:
r.aliyeva@Penoplex.ru