ANBAR KÖMƏKÇİSİ
Şahin Electronics komandamıza məsuliyyətli, çevik və fiziki işə uyğun Anbar köməkçisi axtarırıq.
İş şəraiti:
- Əmək haqqı: 600 AZN;
- İş qrafiki: 10:00 – 19:00;
- İş yeri: 28 May, Kövkəb Səfərəliyeva küçəsi 51.
Əsas vəzifə öhdəlikləri:
- Anbara daxil olan məhsulların qəbulunda iştirak etmək;
- Məhsulların düzgün şəkildə yerləşdirilməsi və çeşidlənməsini təmin etmək;
- Məhsulların yüklənməsi və boşaldılmasına köməklik göstərmək;
- Məhsulların anbar daxilində daşınmasını həyata keçirmək;
- Anbarda səliqə və nizam-intizamı qorumaq;
- Gündəlik digər anbar işlərinin icrasında iştirak etmək.
Namizədə tələblər:
- Fiziki cəhətdən sağlam olmaq;
- Məsuliyyətli və intizamlı olmaq;
- Çevik və operativ işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Anbar sahəsində iş təcrübəsinin olması üstünlükdür.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan və tələblərə uyğun namizədlər qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Əlaqə: +994 50 209 89 88
Şahin Electronics – komandamıza qoşulun!