Ana Səhifə / Vakansiyalar / Maliyyə şöbəsinin müdiri

Maliyyə şöbəsinin müdiri

Cənnət Park

Bakı

Tamştat 💰 3000 📅 Təcrübə: 3 il
İş Təsviri

Maliyyə Şöbəsinin Müdiri

İş barədə məlumat

  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: 3000+ AZN
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş rejimi: 6 günlük iş həftəsi

Vəzifə öhdəlikləri

  • Kreditorlardan alışlar üzrə əməliyyatların təhlilini aparmaq;
  • Gəlir və xərcləri (P&L) analiz etmək və izləmək;
  • Mənfəət və zərər hesabatlarını hazırlamaq, təhlil etmək və təqdim etmək;
  • Xərclərin təyinatına uyğunluğuna nəzarət etmək;
  • Vergi bəyannamələrinin və digər vergi hesabatlarının vaxtında təqdim edilməsinə nəzarət etmək;
  • Müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin müəyyən edilmiş qaydalara uyğun şəkildə dəqiq uçotunu aparmaq;
  • Bütün maliyyə əməliyyatlarının uçotda düzgün əks etdirilməsini təmin etmək;
  • Maliyyə hesabatlarını müəyyən edilmiş müddətlərdə hazırlamaq və təqdim etmək;
  • Gündəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabatları hazırlamaq və təqdim etmək;
  • Debitor və kreditor borclarını təhlil etmək, müvafiq hesabatlar hazırlamaq;
  • Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək və məxfilik prinsipinə riayət etmək.

Vəzifəyə dair tələblər

  • İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu sahəsi üzrə ali təhsil;
  • Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
  • 30–40 yaş aralığında namizədlərə üstünlük verilir;
  • Microsoft Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
  • F3 və F7 sertifikatlarının olması üstünlükdür;
  • Vergi Məcəlləsi və mühasibat uçotu ilə bağlı qanunvericiliyi bilmək;
  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə aktual biliklərə malik olmaq;
  • E-taxes, e-gov, e-sosial və digər elektron portallardan istifadə bacarığı;
  • Güclü analitik düşüncə və iri həcmli məlumatları emal etmə bacarığı;
  • Rus və ingilis dili bilikləri arzuolunandır.

Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə Şöbəsinin Müdiri” qeyd etməklə info@cennetpark.az elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Et
Məlumat

Yayımlanma: 29.05.2026

Son tarix: 28.06.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar