B2B / KORPORATİV SATIŞ MENECERİ
Şirkət : Cənnət Park Təmir Qrupu
İş şəraiti:
- Əmək haqqı: 1500 AZN + satış bonusu;
- İş qrafiki: 6 günlük iş həftəsi;
• İş saatları: 10:00 – 18:00;
- İş yeri: Abşeron rayonu, Həzi Cavadov küçəsi (Bakı–Şamaxı yolunun 14 km-i).
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilər və qərarverici şəxslərlə satış danışıqlarının aparılması;
- Yeni müştərilərin cəlb edilməsi və satış bazasının genişləndirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və müqavilə proseslərinin idarə olunması;
- Satış mərhələlərinin və satış hunisinin (sales funnel) idarə edilməsi;
- Uzunmüddətli müştəri münasibətlərinin qurulması və idarə edilməsi (account management);
- Müştəri etirazlarının işlənməsi və satış təqdimatlarının aparılması;
- (Arzuolunandır) tender proseslərində iştirak.
Tələblər:
- Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst, İngilis dili – arzuolunandır;
- Ali təhsil (iqtisadiyyat, marketinq, menecment və ya texniki ixtisaslar üstünlükdür);
- B2B satış sahəsində minimum 2–3 il iş təcrübəsi (üstünlük: sənaye/tikinti sahəsi);
- Korporativ müştərilərlə danışıqlar və satış bacarığı;
- Kommersiya təklifləri və müqavilələrin hazırlanması üzrə təcrübə;
- Satış prosesləri və satış hunisi (sales funnel) anlayışı;
- Ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü olmaq.
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “B2B / Korporativ Satış Meneceri” qeyd etməklə
info@temirqrupu.az ünvanına göndərə bilərsiniz.