“SQS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın sənaye sektorunda aparıcı yerlərdən birini tutur. Şirkətimizin yaranma məqsədi Azərbaycanda yerli və xarici mütəxəssislərin hər tərəfli təcrübəsindən istifadə edərək Azərbaycan sənaye sahəsində müasir idarəetmə metodları, elm və texnikanın ən son naliyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir şirkətin yaradılmasıdır. Sənaye sahələrində təcrübəli, yüksək ixtisaslı ekspertlər komandası tərəfindən formalaşdırılmış, müasir idarəetmə bacarıqlarına malik çevik və mobil bir struktur yaradılmışdır. Şirkət Xəzəryanı bölgələr, Asiya, Afrika və Avropa ölkələrində aparıcı subyektlərdən birinə çevrilməklə beynəlxalq miqyasda tanınmağı qarşısına məqsəd qoymuşdur. “SQS-GROUP” MMC bütün əmək kollektivinin səylərini birləşdirmək, texnika və texnologiyanın ən son nailiyyətlərin tətbiq etmək, təchizatların düzgün seçimini təşkil etmək və fərdi yanaşma üsulu ilə müştərilərin ehtiyaclarını tam təmin etmək üçün onlarla birgə iş apamaqla qarşıya qoyduğu məqsədlərə çatmaq niyyətindədir. Beynəlxalq standartlara, sənaye sahələrinin tənzimlənməsi, müştəri tələbləri və digər tələblərə uyğunluğu dəqiq təmin etməklə, şirkət yerinə yetirilən işlərin keyfiyyətinə xüsusi nəzarət edir, təhlükəsizlik və ətraf mühitin qorunmasına müntəzəm olaraq diqqət göstərilir.