HumanPro
Bakı • Bakı
📢 VAKANSİYA | SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS
ŞİRKƏT HAQQINDA:
Müasir texnologiyalar əsasında uşaq bezləri, mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz və maye yuyucu vasitələr, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir.
ƏSAS VƏZİFƏLƏR:
• Ölkədaxili xammal, mal-material və ehtiyat hissələrinin satınalma proseslərini təşkil və idarə etmək;
• Daxili bazarı araşdırmaq və uyğun təchizatçıları müəyyənləşdirmək;
• Yerli təchizatçılarla əlaqə saxlamaq, işgüzar yazışmalar və danışıqlar aparmaq;
• Kommersiya təkliflərini toplamaq, müqayisə etmək və təhlil etmək;
• Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
• Satınalma sifarişlərini yerləşdirmək və icrasına nəzarət etmək;
• Malların çatdırılmasını təşkil etmək, çatdırılma müddətlərini və nəqliyyat xərclərini optimallaşdırmaq;
• Müqavilə və sifarişlərin hazırlanmasına nəzarət etmək;
• Xammal, mal-material və ehtiyat hissələrinin vaxtında, tələb olunan keyfiyyətdə və əlverişli şərtlərlə təmin olunmasını təşkil etmək;
• Satınalma üzrə hesabatlar hazırlamaq.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Satınalma və təchizat sahəsində 3–5 il iş təcrübəsi;
• Ölkədaxili satınalma prosesləri və təchizatçılarla iş üzrə praktiki bilik;
• Yerli təchizatçılarla işgüzar yazışma və danışıqlar aparmaq bacarığı;
• MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə bilik;
• Analitik düşüncə və kommersiya təkliflərini təhlil etmək bacarığı;
• Planlaşdırma, koordinasiya və problemləri həll etmək bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Komanda ilə işləmək bacarığı.
İŞ ŞƏRAİTİ:
• Əməkhaqqı: 1 300–1 500 AZN;
• İş saat;: 08:00 - 17:00 ( 6gün)
• Nahar şirkət tərəfindən təmin olunur;
• Servis mövcuddur;
• Peşəkar inkişaf imkanları və təcrübəyə uyğun iş mühiti;
• İş ünvanı: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 25.
MÜRACİƏT QAYDASI:
Maraqlanan namizədlər CV-lərini cv@humanpro.az e-poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır.
Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.
Qeydiyyatdan KeçYayımlanma: 12 noyabr 2026
Vakansiya növü: SADƏ