Ana Səhifə / Vakansiyalar / Sürücü Köməkçisi
C

Sürücü Köməkçisi

Camal LTD

Bakı • Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4/21D (Döngə)

Tamştat 💰 510 AZN (net) 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Sürücü Köməkçisi Tələb Olunur

Vəzifə: Sürücü Köməkçisi

Namizədə tələblər:

  • Yaş həddi: 18 – 45 yaş;
  • Məsuliyyətli, intizamlı və çevik olmaq;
  • Komandada işləmək bacarığına malik olmaq;
  • Fiziki iş yükünü yerinə yetirə bilmək.

Vəzifə öhdəlikləri:

  • Kiçik həcmli dondurma qutularının marketlərə çatdırılmasında sürücüyə kömək etmək;
  • Məhsulların yüklənməsi, boşaldılması və təhvil verilməsi prosesində iştirak etmək;
  • Çatdırılma zamanı sürücü ilə birlikdə marketlərə səfər etmək.

İş şəraiti:

  • Əmək haqqı: 510 AZN (net);
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş vaxtı: Tam iş günü.

İş ünvanı:

Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4/21D (Döngə).

Maraqlanan namizədlər CV-lərini hr@iceland.az ünvanına göndərə və ya 055 900 32 07 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.

Şirkət Haqqında
E-poçt
iceland@iceland.az
Telefon
(+994 12) 310 10 40

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.

“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.

2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.

Müraciət Et
Məlumat

Yayımlanma: 13.06.2026

Son tarix: 13.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar