Ana Səhifə / Vakansiyalar / SƏTƏM ÜZRƏ MÜHƏNDİS

SƏTƏM ÜZRƏ MÜHƏNDİS

"GİLAN & KNAUF" MMC

Bakı • Bakı

Tamştat 💰 MÜSAHİBƏ ƏSASINDA TƏYİN EDİLƏCƏK 📅 Təcrübə: 1 İL 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri
VAKANSİYA | SƏTƏM ÜZRƏ MÜHƏNDİS

Gəncə, Goranboy və Mingəçevir şəhərlərində yaşayanların nəzərinə!

Gilan&Knauf şirkəti komandasına SƏTƏM üzrə mühəndis axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək
  • İş qrafiki: 08:00–17:00
  • İş yeri: Gilan&Knauf zavodu, Goranboy
  • Nəqliyyat xidməti şirkət tərəfindən təmin olunur
  • Nahar şirkət hesabına verilir
  • Müasir zavod mühitində stabil iş və peşəkar inkişaf imkanı

Əsas vəzifə öhdəlikləri:

  • Zavodda əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək, müvafiq yoxlamalar aparmaq
  • İş zamanı baş verən zədələnmələrin səbəblərini təhlil etmək, qarşısının alınması üçün tədbirlər hazırlamaq və icrasına nəzarət etmək
  • İş yerlərinin sanitar-texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək
  • İş şəraitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks planların hazırlanmasında iştirak etmək
  • Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək
  • Şirkətin struktur bölmələrində və logistika əməliyyatları zamanı ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi üzrə tədbirlərdə iştirak etmək
  • Strateji və illik planların hazırlanması və həyata keçirilməsində direktora dəstək olmaq, həmin planların mütəmadi olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək

Namizədə əsas tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Rus və ya ingilis dilini danışıq səviyyəsində bilmək
  • SƏTƏM üzrə müvafiq sertifikatların olması; FHN tərəfindən verilmiş sertifikatlara üstünlük verilir
  • MS Office proqramlarında — Outlook, Word və Excel — işləmək bacarığı
  • Təşkilati bacarıqlar və təşəbbüskarlıq
  • Zəruri hallarda təzyiq altında işləmək bacarığı
  • İş prosesində yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı

Müraciət üçün:

CV-nizi e-poçtun mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd etməklə hr@gilan-knauf.az ünvanına göndərə bilərsiniz.

Əlaqə: (+994 10) 253 02 04

Şirkət Haqqında
E-poçt
hr@gilan-knauf.az
Telefon
(+994 10) 253 02 04
Vebsayt:

Tikinti materiallarının istehsalı və satışı üzrə ixtisaslaşmış birgə müəssisədir. Əsasən gips əsaslı tikinti materialları, gips karton (alçipan) lövhələri, suvaq və quru inşaat qarışıqları istehsal edir.

Müraciət Et
Məlumat

Yayımlanma: 16 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar