Ana Səhifə / Vakansiyalar / Satış və Kommunikasiya üzrə Mütəxəssis

Satış və Kommunikasiya üzrə Mütəxəssis

Azərbaycan Diplomatiya Mərkəzi

Bakı

Tamştat 💰 1200 AZN + bonus sistemi 📅 Təcrübə: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi; 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri


Satış və Kommunikasiya üzrə Mütəxəssis

Azərbaycan Diplomatiya Mərkəzi peşəkar, nəticəyönümlü və yüksək kommunikasiya bacarıqlarına malik namizədləri Satış və Kommunikasiya üzrə Mütəxəssis vəzifəsinə dəvət edir.

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilər və tərəfdaşlarla effektiv kommunikasiya qurmaq və əlaqələri idarə etmək
  • Yeni satış imkanlarını müəyyənləşdirmək və müştəri bazasının genişləndirilməsində iştirak etmək
  • Satış planının icrasını təmin etmək və müəyyən edilmiş hədəflərə nail olmaq
  • Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həllər təqdim etmək
  • Korporativ yazışmalar, təqdimatlar və işgüzar görüşlərin təşkilində iştirak etmək
  • Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq
  • Təşkilatın tədbirlərdə və rəsmi platformalarda peşəkar şəkildə təmsil olunması

Namizədə tələblər:

  • Satış, kommunikasiya, müştəri xidməti və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
  • Ali təhsil üstünlükdür
  • Azərbaycan dilində səlist danışıq və yüksək natiqlik bacarığı
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı
  • Müştəriyönümlü və nəticəyönümlü yanaşma
  • Komandada işləmək və məsuliyyətli qərarvermə bacarığı
  • Microsoft Office proqramlarında işləmək bacarığı

Üstünlük hesab olunur:

  • İngilis və/və ya rus dili biliyi
  • Korporativ satış sahəsində təcrübə
  • Beynəlxalq tədbirlərdə iştirak təcrübəsi

Təklif edirik:

  • Aylıq əməkhaqqı: 1200 AZN + bonus sistemi
  • Peşəkar və dinamik iş mühiti
  • Karyera inkişafı və yüksəliş imkanları
  • Güclü komanda ilə əməkdaşlıq
  • Beynəlxalq layihələrdə iştirak imkanı
  • Azərbaycan Diplomatiya Mərkəzinin 37 beynəlxalq tədbir prosesində iştirak imkanı


Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini WhatsApp vasitəsilə aşağıdakı nömrəyə göndərə bilərlər:📱 010 123 05 05

Müraciət zamanı “Satış və Kommunikasiya üzrə Mütəxəssis” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Müraciət Et
Məlumat

Yayımlanma: 13.05.2026

Son tarix: 13.06.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar