HumanPro
Bakı • Bakı
Satınalma üzrə Kiçik Mütəxəssis
İş şəraiti:
• İş qrafiki: 5 günlük;
• İş yeri: Bakı şəhəri;
• Əmək haqqı: 900–1 200 AZN;
• İş saatı: 09:00 – 18:00;
• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Vəzifə öhdəlikləri
• Şirkətin satınalma proseslərinin təşkili və sifarişlərin vaxtında icrasının təmin edilməsi;
• Satınalma ilə bağlı kargüzarlıq və inzibati işlərin həyata keçirilməsi;
• Daxili və xarici bazarın araşdırılması, tələb olunan məhsul və xidmətlər üzrə qiymət və təkliflərin təhlil edilməsi;
• Potensial təchizatçıların müəyyən edilməsi, qiymətləndirilməsi və ən uyğun tərəfdaşların seçilməsi;
• Təchizatçılarla yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
• Təchizat müqavilələrinin hazırlanmasında iştirak və onların icrasına nəzarət edilməsi;
• Alınan məhsul və xidmətlərin keyfiyyətinə, çatdırılmasına və logistika proseslərinin koordinasiyasına nəzarət edilməsi;
• Satınalma fəaliyyəti üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
• Ali təhsil;
• Satınalma sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür);
• Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
• Satınalma prosesləri və müvafiq qanunvericilik üzrə baza bilikləri;
• Analitik düşünmə, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı;
• Komandada işləmək, effektiv ünsiyyət qurmaq və operativ qərarvermə bacarığı.
Müraciət qaydası:
CV-nizi cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Yayımlanma: 30.06.2026
Son tarix: 30.07.2026
Vakansiya növü: SADƏ