Ana Səhifə / Vakansiyalar / Marketinq mütəxəssisi

Marketinq mütəxəssisi

HumanPro

Bakı • AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 25

Tamştat 💰 1000-1300 AZN 📅 Təcrübə: Marketinq sahəsində ən azı 1-2 il iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Marketinq mütəxəssisi

İş şəraiti:

  • Əməkhaqqı: 1000-1300 AZN (namizədin təcrübə və bacarıqlarından asılı olaraq, müsahibənin nəticəsinə əsasən müəyyən edilir);
  • Peşəkar və dinamik iş mühiti;
  • Güclü komanda ilə işləmək və yeni layihələri həyata keçirmək imkanı;
  • Tanınmış yerli brendlər üzərində işləmək imkanı;
  • Marketinq rəhbəri ilə birgə işləyərək praktiki təcrübə qazanmaq imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • İş yeri: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 25.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının həyata keçirilməsində və marketinq planlarının icrasında iştirak;
  • “PREDO”, “MİNİ BOSS”, “LA LUNA” və digər brendlərin bazardakı mövqeyinin gücləndirilməsinə dəstək;
  • TikTok, Instagram və digər platformalarda brend hesablarının idarə olunması, canlı yayımların (live) keçirilməsi və məhsulların təqdimatı;
  • Sosial şəbəkələr üzərindən daxil olan mesaj, şərh və müraciətlərin operativ cavablandırılması;
  • Sosial şəbəkə hesabları üçün kontent planının hazırlanması, dizayner və kontent istehsalçıları ilə işin əlaqələndirilməsi;
  • Rəqəmsal marketinq, PR, reklam və digər kommunikasiya istiqamətləri üzrə kampaniyaların icrası;
  • Şirkətin məhsul çeşidini, məhsulların xüsusiyyətlərini və üstünlüklərini dərindən öyrənmək və auditoriyaya düzgün çatdırmaq;
  • Bazar tendensiyalarının, müştəri davranışlarının və rəqiblərin fəaliyyətinin təhlili;
  • Marketinq büdcəsinin planlaşdırılmasında iştirak və xərclərin səmərəliliyinin izlənməsi;
  • Yeni məhsulların bazara çıxarılması üzrə marketinq tədbirlərinin icrasında iştirak;
  • Satış şöbəsi, distribyutorlar və pərakəndə şəbəkələrlə əməkdaşlıq, satış nöqtələrində təşviqat materiallarının (POSM, aksiyalar) hazırlanması;
  • Əsas effektivlik göstəricilərinin (KPI) izlənməsi, hesabatların və təkliflərin hazırlanması;
  • Marketinq istiqamətində praktiki təcrübə qazanmaq və peşəkar inkişaf etmək.

Namizədə tələblər:

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Marketinq sahəsində ən azı 1–2 il iş təcrübəsi (FMCG və ya istehlak malları sahəsində təcrübə üstünlükdür);
  • Marketinq sahəsinə maraq və inkişaf etmək istəyi;
  • Rəqəmsal marketinq, SMM, PR və reklam sahələrində praktiki bilik;
  • Sosial media platformalarından (TikTok, Instagram, Facebook) peşəkar səviyyədə istifadə bacarığı;
  • Ünsiyyət qurmaq, auditoriya ilə işləmək və kamera qarşısında canlı yayım aparmaq bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və marketinq göstəriciləri ilə işləmək bacarığı;
  • Öyrənməyə həvəsli, təşəbbüskar və məsuliyyətli olmaq, komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq, rus dilində sərbəst ünsiyyət, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarını və analitik alətləri (Google Analytics, Meta Business Suite və s.) bilmək.

Müraciət:Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.


Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 13 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar