Ana Səhifə / Vakansiyalar / Kolbasa istehsalı üzrə usta və operatorlar

Kolbasa istehsalı üzrə usta və operatorlar

Qaymaq Premium Qida

Bakı • Bakı şəhəri Binəqədi yolu 100

Tamştat 💰 Namizədin bilik və təcrübəsinə uyğun olaraq 📅 Təcrübə: Məhz kolbasa və ət məhsulları istehsalı sahəsində iş təcrübəsi 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Kolbasa istehsalı üzrə usta və operatorlar

Qaymaq Premium yeni istehsalat istiqamətinin genişləndirilməsi və peşəkar komandanın formalaşdırılması çərçivəsində kolbasa istehsalı sahəsində təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri Binəqədi yolu 100
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir;
  • Rəsmi əmək müqaviləsi.
  • Nahar şirkət tərəfindən təmin edilir

Vəzifə öhdəlikləri:

  • Kolbasa və ət məhsullarının istehsal prosesində iştirak etmək;
  • Ət xammalının ilkin emalı, çeşidlənməsi və hazırlanmasını həyata keçirmək;
  • Qiymənin hazırlanması, qarışdırılması və emalı proseslərini bilmək;
  • Kolbasa kütləsinin doldurulması və klipslənməsi proseslərini həyata keçirmək;
  • Bişirmə, hisəvermə, soyutma və digər texnoloji mərhələlərdə iştirak etmək;
  • İstehsalat avadanlıqlarının düzgün istismarını təmin etmək;
  • Məhsulun keyfiyyətinə və texnoloji tələblərə uyğunluğuna nəzarət etmək;
  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək.

Namizədlərə tələblər:

  • Məhz kolbasa və ət məhsulları istehsalı sahəsində iş təcrübəsinin olması;
  • Kolbasa istehsalının müxtəlif mərhələləri üzrə praktiki bilik və bacarıqlara malik olmaq;
  • İstehsalat avadanlıqları ilə işləmək təcrübəsi;
  • Müxtəlif növ kolbasa məhsullarının hazırlanması üzrə təcrübə;
  • Azərbaycan və Rus dilini bilmək;
  • Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.

Müraciət qaydası: Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini ayten.rehimli@xirman.az

ünvanına göndərə bilərlər.

Əlaqə: 0552531364

Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 20 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar