Ana Səhifə / Vakansiyalar / KEYFİYYƏTƏ NƏZARƏT MÜHƏNDİSİ

KEYFİYYƏTƏ NƏZARƏT MÜHƏNDİSİ

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Bakı • Bakı şəhəri

Tamştat 💰 1000 AZN+ 📅 Təcrübə: Minimum 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

KEYFİYYƏTƏ NƏZARƏT MÜHƏNDİSİ

Evrascon tikinti sahəsində təcrübəsi olan Keyfiyyətə Nəzarət Mühəndisi vəzifəsinə namizəd axtarır.

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN +
  • İş sahəsi: Tikinti
  • İş rejimi: 6 günlük, 08:00–18:00/19:00
  • Yaş həddi: 25–50 yaş
  • Ünvan: Bakı şəhəri

Əsas vəzifələr:

  • Beton, qrunt və asfalt sahələri üzrə keyfiyyətə nəzarətin həyata keçirilməsi;
  • ISO 9001:2015 standartının tələblərinə uyğun fəaliyyətin təmin edilməsi;
  • Keyfiyyət standartları, siyasət və prosedurların hazırlanması və tətbiqi;
  • Keyfiyyət üzrə qeydlərin və müvafiq sənədləşmənin aparılması;
  • Layihə üzrə işlərin təhvil-təslim prosesinə nəzarət;
  • Layihə sənədlərinin oxunması və texniki tələblərin düzgün qiymətləndirilməsi;
  • Keyfiyyətə nəzarət məqsədilə aparılan sınaqların təşkilinə və nəticələrinə nəzarət;
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis qrupunun idarə edilməsi;
  • Keyfiyyət göstəricilərinin təhlili və rəhbərliyə müvafiq hesabatların hazırlanması;
  • Keyfiyyətə nəzarət metodologiyaları və standartlarının tətbiqinin təmin edilməsi;
  • Uyğunsuz işlərin müəyyənləşdirilməsi və uyğunsuzluqların aradan qaldırılmasının izlənilməsi;
  • Avadanlıq və ölçü cihazlarının kalibrasiya cədvəlinin hazırlanması və icrasına nəzarət.

Namizədə tələblər:

  • Tikinti sahəsində Keyfiyyətə Nəzarət Mühəndisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Beton, qrunt və asfalt işləri üzrə praktiki biliklər;
  • ISO 9001:2015 və keyfiyyət standartları üzrə biliklər;
  • Layihə sənədlərini oxuma və texniki tələbləri təhlil etmə bacarığı;
  • Keyfiyyətə nəzarət, sınaqlar və uyğunsuzluqların idarə edilməsi üzrə təcrübə;
  • Hesabatların hazırlanması və komanda idarəetməsi bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik düşünmə qabiliyyətinə malik olmaq.

Qeyd:

Yalnız tikinti sahəsində Keyfiyyətə Nəzarət Mühəndisi vəzifəsində iş təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur. Qida sənayesi, neft-qaz sənayesi və digər sahələrdə keyfiyyətə nəzarət üzrə təcrübəsi olan namizədlərin müraciətlərinə baxılmayacaq.

Müraciət:

CV-lərinizi mövzu hissəsində “Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd etməklə cv@evrascon.com ünvanına göndərin.

Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 2 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar