Ana Səhifə / Vakansiyalar / Engin Satış Məktəbi

Engin Satış Məktəbi

Engin LTD MMC

Bakı • Bakı

Tamştat 💰 Ödənişli təcrübə proqramı 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Engin LTD MMC “Engin Satış Məktəbi” proqramına start verir!

 

Engin LTD MMC satış və distribusiya sektorunda 25 ildən artıq təcrübəyə malik, müştəriyönümlü yanaşması və uğurlu satış nəticələri ilə bazarda öz mövqeyini formalaşdırmış şirkətdir. Şirkət peşəkar komanda mühiti, inkişaf imkanları və satış sahəsində tətbiq etdiyi müasir yanaşmalarla gənc istedadların karyera inkişafına xüsusi önəm verir.


“Engin Satış Məktəbi” iştirakçılara FMCG sektorunda real iş mühitini yaxından tanımaq, peşəkar satış komandaları ilə çalışmaq və gələcək karyeraları üçün güclü təməl formalaşdırmaq imkanı yaradır.

 

🎯 Proqram çərçivəsində iştirakçılar:

• Real satış proseslərində praktiki təcrübə qazanacaqlar;
• Təcrübəli mentor və rəhbərlərlə çalışacaqlar;
• Müasir satış və müştəri idarəetmə yanaşmalarını öyrənəcəklər;
• FMCG sektorunun dinamik iş mühitində iştirak edəcəklər;
• Təlim və field coaching proqramlarına qoşulacaqlar;
• Analitik və kommunikasiya bacarıqlarını inkişaf etdirəcəklər;
• Güclü korporativ şəbəkənin bir hissəsinə çevriləcəklər.

 

🏆 Proqramı uğurla tamamlayan iştirakçılar Engin LTD MMC-də karyera imkanları əldə edəcəklər.


📌 Proqram haqqında:

• Ödənişli təcrübə proqramı;
• Müddət: 3 ay;
• İştirakçı sayı: 20 nəfər;
• İş qrafiki: Həftə içi 5 gün | 08:00–17:00;
• Son müraciət tarixi: 30.06.2026.


📌 Namizədə tələblər:

• Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Kommersiya və əlaqəli ixtisaslar üstünlükdür);
• Yaş həddi: 22–26 yaş;

Bəy namizədlərə üsdünlük verilir;
• Bəy namizədlər üçün hərbi xidmətin tamamlanması mütləqdir;
• Sürücülük vəsiqəsi üstünlükdür;
• Rus və ingilis dili bilikləri üstünlükdür;
• Satış və müştəri münasibətləri sahəsinə yüksək maraq;
• Analitik düşünmə və operativ qərarvermə bacarığı;
• Ünsiyyət və təqdimat bacarıqları;
• Komandada işləmək bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
• İnkişafa və öyrənməyə açıq olmaq.

 

Gələcəyin satış peşəkarları sırasında yer almaq istəyirsinizsə, siz də “Engin Satış Məktəbi”nə qoşulun.

 

Qeyd edilən tələblərə uyğun namizədlər öz CV formalarını müvzu yerinə " Engin Satış Məktəbi" və ya “Təcrübə Proqramı” yazaraq cv@engin.az elektron poçt ünvanına göndərə bilərlər.

 

📩 CV göndərin: cv@engin.az
📞 Əlaqə: 055 455 49 89

Şirkət Haqqında
E-poçt:
cv@engin.az
Telefon:
055 455 49 89

2000-ci ildə təsis edilmiş ENGIN LTD, istehlak malları, kosmetika və qida sektorlarında fəaliyyət göstərən aparıcı distribütor şirkətlərdən biridir.

Şirkət fəaliyyətinə Bakıda başlamış və "davamlı təkmilləşdirmə" prinsipini əsas tutaraq qısa müddətdə ölkənin 7 strateji bölgəsində - İmişli, Xaldan, İsmayıllı, Quba, Cəlilabad, Gəncə və Zaqatalada regional ofislərini quraraq fəaliyyət coğrafiyasını genişləndirmişdir. Bu gün ENGIN LTD zəngin brend portfeli ilə Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən biri kimi tanınır.

Daim yenilənən texnoloji infrastrukturu və 700-dən çox peşəkar əməkdaşı ilə şirkət müştərilərinin ehtiyaclarını yüksək keyfiyyətlə qarşılayır, satış və təchizat zəncirinin idarə olunması sahəsində mükəmməlliyə nail olmağı hədəfləyir.

Müraciət Et
Məlumat

Yayımlanma: 10.06.2026

Son tarix: 30.06.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar