Ana Səhifə / Vakansiyalar / Elektronika mühəndisi

Elektronika mühəndisi

Titan Group

Bakı • Binə qəsəbəsi

Tamştat 💰 Müsahibə əsasında müəyyən edilir 📅 Təcrübə: İş təcrübəsi arzuolunandır 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

ELEKTRONİKA MÜHƏNDİSİ

TITAN GROUP Elektronika mühəndisi vəzifəsi üzrə namizəd axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: Müsahibə və namizədin peşəkar təcrübəsinə əsasən razılaşdırılacaq;
  • İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Binə qəsəbəsi, Bakı;
  • Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən servis mövcuddur.

Əsas vəzifələr:

  • İstehsalat avadanlıqlarının elektron sistemlərinin texniki vəziyyətinə nəzarət;
  • Elektron qurğuların və idarəetmə sistemlərinin diaqnostikası və təmiri;
  • Elektrik və elektron sxemlərin oxunması və təhlili;
  • Avadanlıqlarda yaranan elektron nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Elektron komponentlərin seçilməsi və texniki həllərin hazırlanması;
  • İstehsalat avadanlıqlarının fasiləsiz və təhlükəsiz işləməsinin təmin edilməsində iştirak;
  • Texniki sənədləşdirmənin aparılması.

Namizədə tələblər:

  • Elektronika, elektrotexnika və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
  • Elektronika və idarəetmə sistemləri üzrə praktiki biliklər;
  • Elektron sxemləri oxuma və analiz etmə bacarığı;
  • Texniki düşüncə və problem həll etmə bacarığı;
  • Məsuliyyətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı;
  • Müvafiq iş təcrübəsi arzuolunandır.

Müraciət üçün:

CV-lərinizi mövzu yerində “Elektronika mühəndisi” yazaraq cv@titan.az ünvanına göndərə bilərsiniz.


Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 29 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar