Ana Səhifə / Vakansiyalar / Direktor köməkçisi

Direktor köməkçisi

Azərbaycan Diplomatiya Mərkəzi

Bakı • Bakı

Tamştat 💰 2500 AZN-dən başlayaraq 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

Direktor köməkçisi

Executive Assistant to the Director

İş şəraiti;

  • Əməkhaqqı: 2 500 AZN-dən başlayaraq
  • İş yeri: Bakı şəhəri
  • Struktur: Direktorun Ofisi
  • Fəaliyyət istiqaməti: Diplomatiya, beynəlxalq əməkdaşlıq, institusional idarəetmə və menecment
  • İşgüzar səfərlər: Xarici ölkələrə işgüzar səfərlər nəzərdə tutulur.

Əsas vəzifə öhdəlikləri

1. İCRA RƏHBƏRLİYİNİN FƏALİYYƏTİNİN İDARƏ OLUNMASI
Executive Office Management

  • Direktorun gündəlik, həftəlik və aylıq fəaliyyət proqramlarının hazırlanması və koordinasiyası;
  • Rəhbərliyin işgüzar görüşlərinin, rəsmi qəbullarının və institusional tədbirlərinin planlaşdırılması;
  • Direktorun fəaliyyət prioritetlərinin və iş vaxtının effektiv idarə olunmasına dəstək;
  • Rəhbərliyin tapşırıqlarının aidiyyəti struktur bölmələrinə yönləndirilməsi və icrasının izlənilməsi;
  • Görüş gündəliklərinin, təqdimatların, hesabatların və rəsmi sənədlərin hazırlanması;
  • Rəhbərliyin qərarvermə prosesinə dəstək məqsədilə məlumatların toplanması və təhlili.

2. İNZİBATİ VƏ TƏŞKİLATİ İDARƏETMƏ
Administrative & Organizational Management

  • Mərkəzin gündəlik inzibati fəaliyyətinin koordinasiyası;
  • Daxili idarəetmə və təşkilati proseslərin effektivliyinin artırılması;
  • Struktur bölmələri arasında operativ kommunikasiyanın təmin edilməsi;
  • İdarəetmə iclaslarının, daxili görüşlərin və koordinasiya proseslərinin təşkili;
  • İş planlarının, fəaliyyət qrafiklərinin və icra mexanizmlərinin hazırlanmasına dəstək;
  • Təşkilati məsələlərin operativ həlli və iş proseslərinin optimallaşdırılması.

3. İCRA NƏZARƏTİ VƏ MENECMENT
Executive Coordination & Management

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icra müddətlərinə nəzarət;
  • Struktur bölmələrinin fəaliyyəti üzrə məlumatların toplanması və ümumiləşdirilməsi;
  • İcra vəziyyəti haqqında dövri hesabatların hazırlanması;
  • İdarəetmə proseslərində təşkilati risklərin və gecikmələrin müəyyənləşdirilməsi;
  • Fəaliyyət nəticələrinin qiymətləndirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması;
  • Rəhbərliklə struktur bölmələri arasında effektiv koordinasiyanın təmin edilməsi.

4. BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ DİPLOMATİK KOORDİNASİYA
International Relations & Diplomatic Coordination

  • Beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər və xarici tərəfdaşlarla işgüzar əlaqələrin koordinasiyası;
  • Xarici nümayəndə heyətlərinin qarşılanması və rəsmi görüş proqramlarının hazırlanması;
  • Diplomatlar, beynəlxalq ekspertlər və institusional tərəfdaşlarla işgüzar kommunikasiyanın təşkili;
  • Diplomatik protokol və beynəlxalq işgüzar etiket qaydalarına uyğun görüşlərin təşkili;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində rəsmi yazışmaların və sənədlərin hazırlanması;
  • Direktorun xarici ölkələrə işgüzar səfərlərinin planlaşdırılması və zərurət yarandıqda həmin səfərlərdə iştirak.

5. RƏSMİ SƏNƏDLƏŞMƏ VƏ İŞGÜZAR KOMMUNİKASİYA
Executive Communication & Documentation

  • Direktorun adından rəsmi məktubların və işgüzar yazışmaların layihələrinin hazırlanması;
  • Rəhbərlik üçün hesabatların, arayışların və təqdimat materiallarının tərtib edilməsi;
  • Rəsmi sənəd dövriyyəsinin və elektron yazışmaların təşkili;
  • İclas protokollarının, qərar qeydlərinin və icra sənədlərinin hazırlanması;
  • Daxil olan müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və icrasının izlənilməsi.

6. STRATEJİ VƏ İNSTİTUSİONAL İNKİŞAF
Strategic & Institutional Development

  • Mərkəzin institusional inkişaf strategiyasının həyata keçirilməsinə təşkilati dəstək;
  • Yeni beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması;
  • Strateji təşəbbüslərin və beynəlxalq layihələrin koordinasiyasında iştirak;
  • İdarəetmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Mərkəzin təşkilati effektivliyinin və beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına töhfə verilməsi.

Namizədə dair tələblər

  • Bəy namizədlər tələb olunur.
  • Menecment, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, politologiya, hüquq, dövlət idarəçiliyi və digər əlaqəli ixtisaslar üzrə ali təhsilə üstünlük verilir;
  • Müvafiq istiqamətlər üzrə magistr təhsili əlavə üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, ingilis və rus dilləri – işgüzar səviyyədə; əlavə xarici dil bilikləri üstünlükdür.

Peşəkar bacarıqlar

  • İnzibati idarəetmə və təşkilati menecment üzrə biliklər;
  • Rəhbərlik səviyyəsində iş proseslərinin koordinasiyası;
  • Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Vaxtın və fəaliyyət prioritetlərinin effektiv idarə olunması;
  • Analitik düşüncə və operativ qərarvermə;
  • Rəsmi yazışma və sənədləşmə bacarığı;
  • Diplomatik protokol və işgüzar etiket qaydalarına bələdlik;
  • İcra nəzarəti və hesabatlılıq üzrə biliklər;
  • MS Office proqramlarından sərbəst istifadə;
  • Paralel iş proseslərini idarə etmək və nəticəyönümlü fəaliyyət göstərmək qabiliyyəti.

Şəxsi kompetensiyalar

  • Yüksək məsuliyyət və peşəkar iş intizamı;
  • Güclü kommunikasiya və diplomatik ünsiyyət bacarığı;
  • Etibarlılıq və peşəkar etik davranış;
  • Təşəbbüskarlıq və müstəqil fəaliyyət qabiliyyəti;
  • Dəqiqlik, punktuallıq və detallara diqqət;
  • Gərgin iş şəraitində operativ qərarvermə;
  • Çeviklik və dəyişən iş şəraitinə uyğunlaşma;
  • Komanda ilə effektiv əməkdaşlıq;
  • Beynəlxalq işgüzar mühitə uyğun davranış mədəniyyəti.

Əlavə üstünlüklər

  • Direktor köməkçisi və ya icraçı assistent vəzifəsində fəaliyyət;
  • İnzibati idarəetmə və əməliyyat menecmenti;
  • Rəhbərlik ofisinin fəaliyyətinin təşkili;
  • Beynəlxalq təşkilatlarda və institusional strukturlarda iş;
  • Diplomatik protokol və yüksək səviyyəli görüşlərin təşkili;
  • Strateji idarəetmə və təşkilati inkişaf;
  • Beynəlxalq konfransların və rəsmi tədbirlərin koordinasiyası;
  • Xarici ölkələrə işgüzar səfərlərin təşkili.
  • İdarəetmə, inzibati koordinasiya və rəhbərlik səviyyəsində iş təcrübəsinə malik namizədlərə xüsusi üstünlük veriləcək.

Şirkətin təklif etdiyi imkanlar:2 000 AZN-dən başlayan rəqabətqabiliyyətli əməkhaqqı, Direktorun Ofisində rəhbərlik səviyyəsində fəaliyyət və institusional idarəetmə proseslərində iştirak, beynəlxalq işgüzar mühitdə peşəkar təcrübə qazanmaq, xarici ölkələrə işgüzar səfərlərdə və rəsmi tədbirlərdə iştirak, diplomatlar, beynəlxalq ekspertlər və müxtəlif qurumların rəhbər şəxsləri ilə əməkdaşlıq, karyera və idarəetmə sahəsində inkişaf, həmçinin beynəlxalq konfrans, forum və təlim proqramlarına qoşulmaq imkanları təklif olunur.

Seçim və işə qəbul prosesi: Namizədlərin təhsil, peşəkar təcrübə, dil bilikləri və idarəetmə kompetensiyaları əsasında qiymətləndirilməsi CV-lərin ilkin təhlili, ilkin müsahibə, peşəkar müsahibə və yekun qiymətləndirmə mərhələləri üzrə həyata keçiriləcək.

Vacib qeyd: Yalnız müsahibə mərhələlərini uğurla tamamlamış və barəsində müsbət yekun rəy verilmiş namizədlərlə növbəti mərhələ üzrə əlaqə saxlanılacaq.

Müraciət qaydası:Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Direktor köməkçisi | Executive Assistant” qeyd etməklə info@adm.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

CV-lər Azərbaycan və ya ingilis dilində təqdim edilə bilər.

Müraciətlər namizədlərin peşəkar göstəriciləri və vəzifə tələblərinə uyğunluğu əsasında qiymətləndiriləcək.

Şirkət Haqqında

Azərbaycan Diplomatiya Mərkəzi beynəlxalq münasibətlər, diplomatiya və liderliyin inkişafı istiqamətlərində fəaliyyət göstərən platformadır. Mərkəz gənclər və peşəkarlar üçün beynəlxalq təcrübə, təlim və inkişaf proqramları, eləcə də forum və konfranslar təşkil edir. Fəaliyyətinin əsas istiqamətləri arasında ictimai diplomatiya, insan kapitalının inkişafı və beynəlxalq əməkdaşlıq yer alır.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 10 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar