Ana Səhifə / Vakansiyalar / Avtomatika üzrə mühəndis köməkçisi

Avtomatika üzrə mühəndis köməkçisi

Titan Group

Bakı • Binə qəsəbəsi

Tamştat 💰 550 AZN 📅 Təcrübə: İş təcrübəsi vacib deyil 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

AVTOMATİKA ÜZRƏ MÜHƏNDİS KÖMƏKÇİSİ

TITAN GROUP Avtomatika üzrə mühəndis köməkçisi vəzifəsi üzrə namizəd axtarır.

İş şəraiti:

  • Başlanğıc əməkhaqqı: 550 AZN;
  • İş prosesində bilik və praktiki bacarıqların inkişafından asılı olaraq əməkhaqqının artırılması nəzərdə tutulur;
  • İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Binə qəsəbəsi, Bakı;
  • Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən servis mövcuddur.

Əsas vəzifələr:

  • İstehsalat avadanlıqlarının avtomatika sistemlərinin öyrənilməsi və texniki proseslərdə iştirak;
  • Avtomatika və idarəetmə sistemlərinin texniki xidmətində mühəndisə dəstək göstərmək;
  • Sensor, rele, idarəetmə elementləri və digər avtomatika komponentləri ilə işləmək;
  • Avadanlıqlarda yaranan nasazlıqların müəyyən edilməsində və aradan qaldırılmasında iştirak;
  • Elektrik və avtomatika sxemlərinin oxunmasını və praktiki tətbiqini öyrənmək;
  • Texniki xidmət və profilaktik işlərdə iştirak.

Namizədə tələblər:

  • Avtomatika, elektrotexnika, elektronika və ya müvafiq texniki ixtisas üzrə təhsil;
  • Texniki sahəyə maraq və öyrənməyə həvəs;
  • Sıfırdan öyrənməyə və praktiki biliklər qazanmağa hazır olmaq;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Müraciət üçün:

CV-lərinizi mövzu yerində “Avtomatika üzrə mühəndis köməkçisi” yazaraq cv@titan.az ünvanına göndərə bilərsiniz.


Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 29 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar