"QOÇ ƏT" restoranlarındakı yeməklərin ləzzətinin və sağlamlığa xeyrinin bir səbəbi istifadə edilən məhsulların tam orqanik məhsullar olmasıdırsa, digər səbəbi işini tam bilən personaldır. Burada çalışan aşpazlar ətin hansı hissəsindən kababın daha ləzzətli alındığını, hansı hissəsindən hansı qazan xörəyinin necə, hansı məhsullarla, hansı ədviyyatlarla hazırlanmalı olduğunu qədim tarixə malik Azərbaycan mətbəxinin sirlərini yaşadan bölgələrdən, kəndlərdən, nəsildən-nəsilə ötürülən reseptləri toplayaraq öyrəniblər. "QOÇ ƏT" restoranlarının özəlliklərindən biri də odur ki, burada müştəri ətin hansı hissəsinin onun üçün bişirilməsini də özü seçə bilər."