Şirkət haqqında
"Green City Resort & Spa" kurort və yaşayış kompleksi Xəzər dənizi sahilində, mərkəzə ən yaxın çimərlikdə yerləşir və ən böyük müasir sahil komplekslərindən biridir. Şəhər mərkəzindən 8 kilometr və özəl çimərlikdən 50 metr məsafədə yerləşən "Green City Resort & Spa" kompleksi sakinlərini səbirsizliklə gözləyir.
"Green City Resort & Spa" kompleksi 30 hektar ərazidə inşa edilmiş və 2010-cu ildə "FS" şirkətlər qrupu tərəfindən istifadəyə verilmiş, müxtəlif planlı və sinifli lüks mənzillər təklif edir.