Yüklənir...

ABV

1 Aktiv Vakansiya Təsdiqlənmiş Hesab

Şirkət haqqında

Əsası 1993-cü ildə qoyulan “Araznet" MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 4 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu tərəfdaş funksiyasını icra edirik. 
Peşəkar komandamız məhsullarımıza aid istənilən layihədə uyğun həllərin hazırlanmasında sizə daim öz dəstəyini göstərir.

Mağazamızda nəzarət kameraları(IP, termal, analog), videoqeydiyyat cihazları, videoserverlər, girişə nəzarət sistemləri, rəqəmsal domofonlar, siqnalizasiya sistemləri, maneə və keçid sistemləri, yanğından mühafizə sistemləri, üst geyim və baqaj yoxlama sistemləri, səsli xəbərdarlıq sistemləri, müxtəlif tipli UPS-lər və akkumlyatorlar, proyektorlar, monitorlar, LED ekran və videodivarlar, modem, switch və kommutatorlar, falşpol, kabel və kabel daşıma sistemləri, rack kabinlər, IP telefonlar, oğurluq əleyhinə sistemlər, satışa nəzarət sistemləri, printerlər, yaddaş qurğuları, kompüter aksesuarları və peşəkar alətlər var. Şirkətimizdə Hikvision brendinə məxsus yüksək keyfiyyətli LED ekranların satışı da həyata keçirilir.

Daim yenilənən anbarımızda bütün məhsulları qısa zaman ərzində əldə edə bilərsiniz.

Aktiv İş Elanları

Əlaqə Məlumatları

E-poçt
cv@abv.az

Naviqasiya

Bütün Şirkətlər Bütün Vakansiyalar

Şirkəti paylaş: