Aparıcı Mühasib

Ana Səhifə / Vakansiya / Aparıcı Mühasib
Şirkət Logosu

Aparıcı Mühasib

Humanpro Bakı şəhəri Tamştat
İş Şəkli

İşin Təsviri

Aparıcı Mühasib
İş qrafiki:
• 5 günlük iş rejimi
• Saaat: 09:00–18:00
• Əmək haqqı: 1100 azn net
Üstünlüklər:
• Yemək şirkət tərəfindən təmin edilir
• Şirkət nömrəsi və danışıq paketi təqdim olunur

Əsas tələblər:
• Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit ixtisası üzrə)
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
• Cari qanunvericilik üzrə biliklər (Vergi Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi)
• Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel)
• new.e-taxes, e-gov, e-sosial və digər portallarla işləmək bacarığı
• PMS və ya ACCA F3/F7 sertifikatlarından ən az birinin olması mütləqdir
• Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim etmək bacarığı
• Uçot əməliyyatları və mühasibat müxabirləşmələrini bilmək
Digər tələb və üstünlüklər:
• Mikro ERP proqramında işləmək bacarığı
Vəzifə öhdəlikləri:
• ƏDV, ÖMV, Əmlak, muzdlu işlə əlaqədar Vahid bəyannamənin hazırlanması və təqdim edilməsi
• Xərclərin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanılması
• Vergi orqanlarından daxil olan məktub və sorğuların cavablandırılması; yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi
• Hər ayın sonunda debitor-kreditor hesablarının qalıqlarının uyğunluğunun yoxlanması
• Təchizatçı, podratçı, işçi və dövlət qurumlarına ödəniş tapşırıqlarının düzgün hazırlanması
• Vergi, DSMF, İTS, cərimə və digər dövlət ödənişlərinin icrası
• Bank çıxarışlarının (statement) gündəlik və ya aylıq olaraq Micro proqramına işlənilməsi

Fərdi keyfiyyət göstəriciləri:
• Dəqiqlik və detallara diqqətlilik
• Məsuliyyətlilik
• Operativlik
• Nəticəyönümlülük
• Komandada işləmək bacarığı
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@humanpro.az göndərin.

Tələblər

  • Dil biliyi: Azərbaycan
  • Sürücülük vəsiqəsi: Tələb edilmir
  • Sertifikat/Təlim kursları: • PMS və ya ACCA F3/F7 sertifikatlarından ən az birinin olması mütləqdir

Təhsil və Təcrübə

  • Təhsil: Bakalavr

İşin Xülasəsi

  • Dərc olunub: 21 noyabr, 2025
  • Vakansiya sayı: 1
  • Məşğulluq statusu: Tamştat
  • Təcrübə: • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • İş yeri: Bakı Şəhəri
  • Maaş: 1100 azn net
  • Cinsiyyət: fərqi yoxdur
  • Son müraciət tarixi: 30 noyabr, -1

Paylaş

32 İş Elanı

  • Şagird qəbulu üzrə mütəxəssis

    Humanpro
    Bakı,
    Tamştat
  • İnsan resursları üzrə mütəxəssis

    Humanpro
    Bakı,
    Tamştat
  • Maliyyə şöbəsinin müdiri

    Humanpro
    Bakı,
    Tamştat
  • Sənədləşmə üzrə Mütəxəssis

    Humanpro
    Bakı,
    Tamştat
  • Tədarük Planlama üzrə Aparıcı Mütəxəssis vakansiyası!

    Humanpro
    Bakı,
    Tamştat
1-5 arası 32 İş göstərilir