
Anbar təftişi
İş barədə məlumatı:
• Korporativ telefon nömrəsi və danışıq paketi.
• İş vaxtı: 09:00-18:00 / 6 günlük iş həftəsi
• Əmək haqqı: 800 AZN
Əsas tələblər:
• Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə);
• Komputer bilikləri: MS Office - orta;
• Dil bilikləri: Azərbaycan-əla;
Vəzifə öhdəlikləri:
• Anbarlarda məhsulların Axata proqramı vasitəsilə sayımının aparılması
• Qaytarılan məhsulların qəbulunun və qeydiyyatının aparılması
• Sayım nəticələrinin düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması
• Anbarda mövcud məhsulların faktiki qalığı ilə sistemdəki məlumatların uyğunluğunu təmin etmək
• Təftiş zamanı aşkar edilmiş uyğunsuzluqları rəhbərliyə təqdim etmək.
Fərdi keyfiyyət göstəriciləri:
• Komanda ilə işləmə bacarığı;
• Riyazi biliklər və analitik düşünmə bacarığı;
• Planlaşdırma və problem həll etmə bacarığı;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Anbar təftişi” yazmaqla cv@humanpro.az Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.