
Kiçik Mühasib
İş barədə məlumat:
📍 İş yeri: Bakı şəhəri
💰 Əmək haqqı: 500–700 AZN
🗓️ İş rejimi: 6 günlük
🕓 İş saatı: 10:00–18:00
Vəzifə öhdəlikləri:
• Günlük maliyyə-mühasibat əməliyyatlarının icra olunması və uçota alınması;
• Mühasibat sənədlərinin düzgün və vaxtında tərtibi və sistemə daxil edilməsi;
• Bank və kassa əməliyyatlarının həyata keçirilməsi və uçotunun aparılması;
• Vergi və sosial ödənişlər üzrə ilkin məlumatların hazırlanmasında iştirak;
• Əmək haqqı, ezamiyyə və digər ödənişlərin hesablanmasında dəstək göstərilməsi;
• E-Qaimələrin və digər elektron sənədlərin düzgün və vaxtında hazırlanması;
• Baş mühasibin tapşırıqlarının icrası və komanda ilə koordinasiyalı işləmək.
Vəzifəyə dair tələblər:
• Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
• Minimum 1 ilədək müvafiq sahədə iş təcrübəsi;
• Microsoft Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
• Mühasibatlıq proqramlarından biri ilə ilkin tanışlıq (1C, SAP və s. üstünlükdür);
• Vergi və əmək qanunvericiliyi üzrə ilkin biliklərə sahib olmaq;
• Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi;
• Öyrənməyə açıq və komandada işləmək bacarığı.
Müraciət etmək istəyən şəxslər öz CV-lərini cv@humanpro.az elektron poçt ünvanına mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.