
İnteryer dizayner
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 1000-1200 AZN;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş rejimi - 6 günlük.
Vəzifə öhdəlikləri:
- Müştəri brifi əsasında layihə tələblərinin toplanması və texniki spesifikasiyanın hazırlanması;
- İnteryer dizayn konsepsiyasının yaradılması: stilistik yanaşma, rəng, tekstura və material seçimi;
- 2D planlaşdırma və zonalaşdırma, funksional məkan həllərinin hazırlanması;
- 3D vizualizasiyaların hazırlanması və ya nəzarət (render keyfiyyəti və stil uyğunluğu);
- Çertyoj və işçi sənədlərin (AutoCAD, Revit və s.) hazırlanması və ya texniki qrupa nəzarət;
- Layihələrin maliyyə büdcəsi çərçivəsində idarə olunması və təchizat seçiminin uyğunlaşdırılması;
- Mebel, işıqlandırma və aksesuarların seçimi və yerləşdirmə planlaması;
- Tikinti və montaj işləri zamanı müəllif nəzarətinin həyata keçirilməsi;
- Texniki komandalar, podratçılar və təchizatçılarla peşəkar koordinasiya;
- Müştəri qarşısında dizaynın peşəkar təqdimatı və qərarların əsaslandırılması.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (Memarlıq, interyer dizayn və ya əlaqəli sahə üzrə) ;
- Müvafiq sahədə minimum 3 il peşəkar iş təcrübəsi;
- AutoCAD, 3ds Max, SketchUp, Revit, Lumion, V-Ray, Adobe Photoshop və digər müvafiq proqramlarda sərbəst işləmək bacarığı;
- Texniki çertyojlar və layihə sənədləri ilə iş təcrübəsi;
- Yüksək estetik zövq, funksionallıq və praktik dizayn yanaşması;
- Layihələri vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı;
- Komandada işləmək və eyni anda bir neçə layihəni idarə etmək bacarığı;
- İngilis dili, Rus dili biliyi üstünlükdür;
- Portfolionun təqdim olunması mütləqdir.
Müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək cv@humanpro.az elektron ünvanına göndərməlidirlər.