Ana Səhifə / Vakansiyalar / Satınalma üzrə aparıcı mütəxəssis

Satınalma üzrə aparıcı mütəxəssis

HumanPro

Bakı • Bakı

Tamştat 💰 3000 AZN (gross) 📅 Təcrübə: 3-5 il iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri


Satınalma üzrə aparıcı mütəxəssis


İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə
  • İş saatları: 09:00 – 18:00
  • Əmək haqqı: 3000 AZN (gross) 

Vəzifə öhdəlikləri:

  • Satınalma fəaliyyətinin şirkətin maraqlarına uyğun, sərfəli və effektiv şəkildə təşkil edilməsi;
  • Etibarlı yerli və xarici təchizatçılarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Məhsul və xidmətlərin keyfiyyət, qiymət və çatdırılma şərtləri üzrə optimal seçimlərinin təmin edilməsi;
  • Şirkətin struktur bölmələri ilə koordinasiyalı işləyərək satınalma ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Xarici tərəfdaşlarla işgüzar əlaqələrin yaradılması, danışıqların aparılması və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
  • Beynəlxalq bazarlarda fəaliyyət göstərən istehsalçı və təchizatçıların araşdırılması və müqayisəli təhlilinin aparılması;
  • Satınalma prosesləri ilə bağlı potensial risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Satınalma göstəricilərinin izlənilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. 

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • CIPS sertifikatının olması üstünlük hesab edilir;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel, Word və Outlook üzrə yüksək səviyyədə bilik;
  • Satınalma və ya əlaqəli sahədə minimum 3 - 5 il iş təcrübəsi;
  • Yüksək məsuliyyət və nəticəyönümlülük;
  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;
  • Detallara diqqət və peşəkar yanaşma.

Müraciət üçün: Zəhmət olmasa, vakansiyanın adını qeyd etməklə CV-ni cv@humanpro.az elektron poçt ünvanına göndərin.

Şirkət Haqqında
E-poçt
cv@humanpro.az
Telefon
010 205 12 12
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et
Məlumat

Yayımlanma: 8 iyun 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar